18519722_1691155174520973_4403222684005776204_n

Milli Aviasiya Akademiyasının kursantlarına psixososial dəstək seminarı keçildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Milli Aviasiya Akademiyasında psixososial dəstək və yayım seminarı təşkil etdilər. Seminarda  AzQAC-ın psixososial dəstək üzrə eksperti İsmayıl Atayev, Yayım sektorunun rəhbəri Xalid Xəlilov və Milli Aviasiya Akademiyasının tərbiyə işləri şöbəsinin rəisi İsgəndər Məmmədov iştirak etmişdir. Seminarda 135 kursant iştirak edirdi.

İsmayıl Atayev çıxışında seminarda iştirak edən kursantlara stres, depresiya və intihar mövzusunda ətraflı məlumat verdi. Stresin yaranma səbəbələri, onun aradan qaldırılması üçün görülən tədbirlərdən  söz açdı. Sonda mövzu ilə bağlı kursantları maraqlandıran suallar cavablandırıldı.

Seminarın sonunda İsgəndər Məmmədov AzQAC-ın rəhbərliyinə və kollektivinə Akademiyanın rəhbərliyi, kollektivi və kursantları adından dərin təşəkkürünü bildirdi.18527710_1691155184520972_2178004261105542651_n 18527966_1691155267854297_5911265729570780876_n 18581783_1691155277854296_2313024357900677161_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.