01-IMG_2637

AzQAC Miqrasiya şöbəsi Azərbaycan dili kursunu bitirmiş miqrant müdavimlərin 5- ci buraxılışı və onlara sertifikat verilməsi münasibəti ilə növbəti t ə d b i r i n i keçirdi

Miqrasiya  bu gün dünyanı düşündürən və narahat edənən aktual problemdir. Hər yerdə olduğu kimi Azərbaycanda da miqrasiya  ilə bağlı olan problemlər daimi müasir və diqqətçəkən bir məsələdir. Azərbaycanın ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də bu yöndə layihə və tədbirlərin həyata keçirilməsini artıq daha geniş şəkildə  öz fəaliyyət planına daxil etmişdir.  Bu  məqsədlə, 2013-cü il oktyabrın 01-də  ölkədə ilk olaraq miqrantlara təmənnasız Azərbaycan dili kursunu açmışdır. Artıq o vaxtdan 4  tədris ili keçib və miqrant-müdavimlər artıq bu gün -29.07. 2018-ci  ildə  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Konfransında  kursun  5-ci  buraxılışına həsr olunmuş tədbirə toplaşıblar. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əskərzadə, İcraçı katibi  Ceyhun Mirzəyev, İcraçı katibin müavinləri Xalidə İskəndərova, Səbinə Məhbubi İran, (AzQAC) miqrasiya şöbəsinin müdiri, Dövlət Miqrasiya Xidməti yanında İctimai şuranın üzvü Məmməd Kətanov, müdir müavini Murad Muradov, Azərbaycan dili müəllimi, miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva, Fondların artırılması şöbəsinin əməkdaşı Soltan Məmmədovun olduğu  bu tədbirdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Sədri, ”Həyat“ Beynəlxalq təşkilatının Humanitar  Dəstək  İctimai birliyinin rəhbəri Azər Allahverənov,həmin birliyin əməkdaşı Zəminə Səfərova, Qaçqın Qadın və Gənclər Mərkəzinin rəhbəri Vasif ,miqrant icma rəhbərləri və başqaları da iştirak edirdilər. Tədbiri giriş sözü ilə AzQAC -nin vitse prezidenti Qafar Əskərzadə açaraq miqrasiya məsələsinin bu gün ən aktual  və önəm kəsb edən məsələ olduğundan danışdı, onlara qayğı və diqqət göstərməyin vacibliyindən, AzQAC–nin azərbaycan dili dərslərinin təşkili təşəbbüsündən söz açaraq miqrantların cəmiyyətə inteqrasiyasına dəstək kimi bu kursun xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O qeyd etdi ki, miqrantlar ölkəmizdə qayğı və hörmətlə əhatə olunur. AzQAC onları daim diqqətdə saxlayır, onlara hər cür kömək göstərməyə hazırdır və bu işdə əlaqədar təşkilat və ictimai birliklərlə əməkdaşlıq edir. O, AzQAC –nin uzun illər “Həyat” Beynəlxalq Təşkilatı ilə olan əməkdaşlığından, daim onlarla qarşılıqlı anlaşmada olduğundan  danışaraq bu dərslərin təşkili üçün göstərdikləri köməyə görə onlara minnətdarlığını bildirdi.Bu işdə Miqrasiya şöbəsinin gördüyü işə böyük qiymət verərək, şöbə rəhbərinə və müəllimə Sona Hacıyevaya gərgin əmək və xüsusi peşəkarlıq göstərdiyinə görə təşəkkür etdi. Miqrantlar  əvvəlcə Azərbaycan  Respublikasının dövlət himnini və sonra  AzQAC- nin himnini  müəllimə ilə və sonra bütün iştirakçılarla birlikdə söylədilər.  Sonra söz  ”Həyat“ Beynəlxalq təşkilatının Humanitar  Dəstək  ictimai birliyinin rəhbəri Azər Allahverənova və sosioloq-ekspert Zəminə Səfərovaya verildi. Natiqlər görülən işlərdən, miqrantların vəziyyətindən, onların üzləşdikləri çətinliklərdən söz açaraq, onların timsalında neçə illər bundan əvvəl bizim də soydaşlarımızın yarıtmaz  siyasət nəticəsində  düşdükləri eyni durumu xatırladığını ürək ağrısı ilə toplaşanların nəzərinə çatdırdı, bu kursun onların həyatına bir yüngüllük gətirdiyini  və cəmiyyətdə daha asan yerləşmələrinə yardımçı olduğunu bildirdilər və Milli Cəmiyyəti ilə olan əməkdaşlıqdan söz açdılar. Bu kursun təşkilinə və dərslərin çox yüksək səviyyəsinə görə  AzQAC-nin rəhbərliyinə, Sona Hacıyevaya, Məmməd Kətanova təşəkkür etdilər və müdavimləri kursun başa çatması münasibəti ilə təbrik etdilər. Qaçqın Qadın və Gənclər Mərkəzinin meneceri Vasif Məmmədov dedi ki, miqrant olmaq həyatdan kənarda qalmaq demək deyil, dil öyrənmək çox mühüm bir addımdır, həyata rəng qatmaqdır, inkişafa doğru istiqamətlənməkdir. Kursun təşkili və çox müvəffəqiyyətlə davam etməsindən ötrü əziyyəti keçənlərə, kursun müəlliminə təşəkkür etdi.

Əfqan müdavimlərdən  14 yaşlı Sədiyə Kərimi və 3 uşaq anası Şaqayeq Şafai miqrant ailələr və uşaqlar adından təşəkkür edərək Dünya siyasətçilərinə “Dünya bizim evimizdir, xoşbəxt, terrorsuz, müharibəsiz  yaşamaq, təhsil almaq, tarixinə, keçmişinə layiq gənc kimi yetişmək  bizim haqqımızdır.

Beşinci buraxılış münasibəti ilə hazırlanmış Sertifikatlar müvəffəqiyyət qazanmış 43 müdavimə qonaqlar tərəfindən  bir-bir təqdim edildi.

Tədbiri müdavimlər Azərbaycan  dilində hazırladıqları bədii təqdimatla davam etdirdilər. Təqdimatda milli paltar geyinmiş müdavimlərin ifasında AzQAC-nin  və Əfqanıstan Respublikasının himnləri, rəngarəng bayatılar, atalar sözləri, vətənə, anaya həsr olunmuş şerlər, səhnəciklər, mətn parçalarında arzu və istəklərinin ifadəsi iştirakçılar tərəfindən heyranlıqla qarşılandı.

Sonda miqrantlar  Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruz Aslana, məxsusən müəllimə Sona Hacıyevaya, miqrasiya şöbəsinin müdiri Məmməd Kətanova, İctimai layihələr koordinatoru Mətanət Qaraxanovaya göstərdikləri böyük köməyə görə öz təşəkkürlərini  bildirdilər və  xatirə şəkilləri çəkdirdilər.04-IMG_2647 08-IMG_2668 25-IMG_2730 IMG_5773 - копия IMG_5793 - копия IMG_5823 IMG_5829 IMG_5833 IMG_5850 - копия IMG_5854

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.