2V5A5798

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Beynəlxalq Federasiya) Baş katibi cənab Elhac As Sy Azərbaycan Respublikasında rəsmi səfərdədir

 

 

 

Səfərin məqsədini milli cəmiyyətlə əməkdaşlıq çərçivəsində humanitar sahədə gələcək perspektivlərin müzakirə olunması, Azərbaycan Respublikasının dövləti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və  Azərbaycan Qızıl Aypara Cəmiyyət arasında qurulmuş, mövcüd əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsinin  müzakirə olunması və digər müvafiq mövzuların müzakirəsi təşkil edir.

Səfər zamanı Baş Katib bir sıra dövlət qurumlarının rəhbərləri ilə görüşləri keçirdi.

Qonaq öncə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını, daha sonra isə Şəhidlər Xiyabanında şəhidlərin məzarını ziyarət etdi. Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovla, Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin müavini   tibb xidməti general-leytenantı Faiq Tağı-zadə , Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovla, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovla, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə rəsmi görüşlər keçirdi.

Azərbaycan Respublikası Höküməti ilə Anlaşma Memorandumu imzalandı.

Beynəlxalq Federasiya Azərbaycan dövləti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə humanitar sahədə əməkdaşlığın genişləndirilməsi arzusundadır. Bunun üçün üçtərəfli müqavilənin bağlanması nəzərdə tutulub və gözlənilən əməkdaşlıq sahələri aşağıdakılardır :

– təbii fəlakətlər zamanı risklərin idarə olunması;

– milli Cəmiyyətin potensialının inkişafı;

– sağlamlıq;

– Qızıl Xaç və Qızıl Aypara şəbəkəsinin gücləndirilməsi;

– Qızıl Xaç və Qızıl Aypara hərəkatının fundamental prinsiplərinin  gücləndirilməsi.

Beynəlxalq Federasiya 190 Milli Cəmiyyəti özündə birləşdirən beynəlxalq qurumdur və 1995-ci ildən etibarən, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Federasiyanın tam və bərabərhüqüqlu üzvüdür. Beynəlxalq Federasiya öz missiyası və mandatına uyğun olaraq 1993-cu ildən bu günə kimi Azərbaycanda qaçqınlar, məcburi köçkünlər, sosial-iqtisadi cəhətdən əhalinin həssas təbəqələrinə dəstək olmaq məqsədilə donorların köməyi nəticəsində müxtəlif səpkili layihələr, proqramlar həyata keçirmişdir.

Hal-hazırda Beynəlxalq Federasiya Cenevrədəki Baş Qərargahı, Budapeştdə və Tiflisdə yaradılmış Cənubi Qafqaz Milli Cəmiyyətlərinə dair Nümayəndəlik vasitəsilə dəstək göstərir.

 

Səfər çərçivəsində BF-nin Baş katibi As Sy-nin AzQAC-ın Baş qərargahında görüşü keçirildi. Görüşü giriş sözü ilə açan Cəmiyyətin prezidenti Novruz Aslanov cənab Baş Katibin Azərbaycanda səfərdə olmasından məmnunluğunu bildirdi. Novruz Aslanov daha sonra dünən hökumət nümayəndələri ilə keçirilən görüşün əhəmiyyətindən söz açaraq AzQAC-la dövlət arasında mövcud olan sıx əməkdaşlıq əlaqələrindən bəhs etdi. Natiq çıxışında  Hərəkatın bərabərhüquqlu üzvü olan Cəmiyyətlə eyni zamanda Federasiya arasındakı tərəfdaşlıq, əməkdaşlığın dövlət nümayəndələri tərəfindən daha yüksək qiymətləndirilməsini xüsusi olaraq vurğuladı. Buna bariz nümunə olaraq Milli Cəmiyyət Federasiya və hökümət arasında bağlanan memorandum  bu əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir. Federasiyanın humanitar sahədə Azərbaycana böyük dəstəyi olduğunu bildirən Novruz Aslanov eyni zamanda 1996-ci ildə sabiq Baş katib George Weberin Azərbaycanda rəsmi səfərdə olmasını xatırlatdı. O, Həmçinin, qeyri-hökumət təşkilatı olan AzQAC-a dair Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən bir çox hüquqi sənəddən bəhs etdi.

Daha sonra Baş katib Elhadj AS Sy çıxışı zamanı Azərbaycanda olmağından məmnunluq hissi duyduğunu qeyd etmişdir. O, hökumət rəsmiləri ilə keçirilən görüşdən və 3 tərəfli memorandumdan söz açaraq bildirdi ki, Federasiya Milli Cəmiyyətin arxasındadır və hər an ona köməklik etməyə hazırdır. Baş katib daima milli cəmiyyətlərin işinə və tövsiyyələrinə yüksək qiymət verdiyini vurğuladı. Novruz Aslanovun fikirlərinə dəyər verərək Milli Cəmiyyətin Federasiyanın adından çıxış etməyin mümkünlüyünü bildirdi.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş Katibini Federasiyanın Katibliyinin Qlobal İdarəetmə, Milli Cəmiyyət və Dövlət arasında əməkdaşlıq, Resursların İnkişafı şöbəsinin rəhbəri cənab Finnjarle Rode, Avropa regionu üzrə direktoru cənab Simon Missiri və direktorun müavini cənab Elxan Rəhimov müşayət edirdi

Sonda Milli Cəmiyyətin fəaliyyətlərini əks etdirən video çarx görüş rəsmiləri tərəfindən izlənildi.2V5A59362V5A57452V5A56452V5A56382V5A5592 2V5A55092V5A58272V5A58032V5A58252V5A58162V5A57872V5A5747 2V5A5409

2V5A52222V5A52332V5A52422V5A52632V5A52742V5A53852V5A53872V5A54062V5A54232V5A54352V5A54482V5A5483

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.