Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 25 iyun 2019-cu il tarixində Gənclər Evində “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü” ilə əlaqədar “Sağlam Gənclik üçün Narkomaniyaya Yox Deyək” devizi altında maarifləndirici xarakterli görüş keçirilmişdir. Görüşdə Sumqayıt Rayonlararası Narkoloji Dispanserin, Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, müxtəlif sahələri təmsil edən gənclər, orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər. Görüş də çıxışı zamani şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov bidirdi ki, Sumqayıt şəhərin də narkomaniya əlehinə mütəmadi olaraq tədbirlər kecirilir və gənclərimiz maarifləndirilir. Digər çıxış edənlər Gənclər Evinin direktoru Pəri Vəliyeva, Narkoloji Dispanserin həkimi Ramil Qarayev, Qızıl Aypara Cəmiyyətinin şəhər Bölməsinin gənclərlə iş üzrə təlimatçısı Lalə Cəlilzadə narkomaniyanın fiziki, sosial və maddi təsirləri barədə danışaraq gənclərə bu dəhşətli bəla ilə mübarizədə aktiv olmağı tövsiyə etdilər.