Video konfransda Cəmiyyətin katibliyinin rəhbər şəxsləri, aidiyyatı üzrə şöbə müdirləri, könüllüləri və USAİD-in Azərbaycan nümayəndəliyinin rəhbəri və məsul şəxsləri, BQXQAC Federasiyasının Cənubi Qafqaz regionu üzrə nümayəndəliyinin rəhbəri iştirak edirdilər. Video konfrans 2 mərhələdən ibarət olaraq keçirildi. 1-ci mərhələdə 39, 2-ci mərhələdə isə 45 nəfər olmaqla AzQAC-ın Mingəçevir, Gəncə, Lənkəran, Tərtər, Füzuli, Ağdam, Qazax, Sumqayıt, Binəqədi, Nərimanov, Xəzər və Pirallahı şəhər və rayon bölmələrindən olan könüllülər və müəllimlər iştirak edirdilər.
Video konfransda çıxış edən könüllülər pandemiya ilə əlaqədar olaraq görülən işlərdən bəhs etdilər. Pandemiyanın ilk günlərindən etibarən AzQAC-ın gördüyü qabaqlayıcı tədbrilərindən danışdılar. Qlobal təhlükə olan COVİD-19 virusunun yayılmasının qarşısının alınması üçün görülən işlərdən söhbət açdılar. Cəmiyyətin rəhbərliyi tərəfindən müəyyən olunmuş əsas prioritet istiqamətlərdən irəli gələn məsələlərdən danışdılar.
COVİD-19 epidemiyası ilə mübarizədə ictimai və səhiyyə maarifi işinin əhali arasında aparılmasından, yaşı 65-dən yuxarı olan ahıllara, tənha, kimsəsiz insanlara, əhalinin ən həssas təbəqəsindən olanlara evlərində gündəlik qida məhsulları ilə, gigyenik və qoruyucu vasitələrlə yardım edilməsindən ətraflı danışdılar.
Könüllülər, həmçinin, yaradılan şəraitə, diqqət va qayğıya, göstərilən dəstəyə görə AzQAC-ın və USAİD təşkilatlarının rəhbərliyinə öz minnətdarlıqlarını ifadə etdilər.