2020-ci il sentyabrın 23-də AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun rəhbərliyi ilə növbəti iclas keçirildi. İclası giriş sözü ilə açan AzQAC-nin prezidenti bütün dünyanı əhatə edən COVID-19 pandemiyasının mövcudluğundan və hal-dazırda da davam etməsindən danışdı. Bu zaman ərzində istər AzQAC-ın kollektivinin istərsə də, könüllülərin yüksək səviyyədə səfərbər edildiyini söylədi. Pandemiya vaxtında ərzaq və qeyri-ərzaq məhsullarının, məlumatverici çap materiallarının əhali arasında paylanıldığını və fəaliyyətimizin bütün ölkəni əhatə etdiyini xüsusi vurğuladı. Həmçinin, bu sahədə uğurlar əldə edildiyini də xüsusilə qeyd etdi.
Natiq çıxışında AzQAC tərəfindən layihələrin şəffaf şəkildə həyata keçirilməsi xarici və daxili donorları yardım etməyə təşviq etdiyini bildirdi. Ərzaq və qeyri-ərzaq məhsullarının paylanılmasından sonra əməkdaşlarımız tərəfindən mütəmadi olaraq monitorinqlərin aparıldığını söylədi.
Sonda AzQAC-ın prezidenti özünün təklif və tövsiyələrini iclas iştirakçılarına çatdıraraq müvafiq tapşırıqlar verdi.