2020-ci il noyabrın 17-də AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyinin başçısı Olga Cumayevanı qəbul etdi.
Görüş zamanı mövcud vəziyyət təhlil olunmuş, müzakirələr aparılmışdır. Olga Cumayevanın səfərinin məqsədi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar sahədə donorları AzQAC-ın həyata keçirdiyi layihələrə cəlb etməkdə dəstək olmaqdır. Həmçinin, AzQAC-ın həyata keçirdiyi layihələrə dəstək vermək, xüsusilə də Milli Cəmiyyətin Fövqəladə Hallara Hazırlıq və Cavabvermə, Təchizat və Kommunikasiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək olmuşdur.Görüş zamanı bir sıra məsələlərin o cümlədən gələcək fəaliyyətlərin və görüşlərin müzakirəsindən danışıldı