2020-ci il noyabrın 19-da AzQAc-ın baş ofisində Hərəkatın 4-cü koordinasiya görüşü baş tutdu. Görüşdə BQXK-nın, BQXQAC Federasiyasının, Türkiyə Qızıl Ay Cəmiyyətinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri və rəhbər şəxsləri iştirak edirdilər. Görüş zamanı mövcud vəziyyətlə əlaqədar olaraq cəbhəyanı ərazilərdə münaqişədən əziyyət çəkən inanların ehtiyacları dəyərləndirildi.
Görüşdə çıxış edən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının(BQX/QAC) Qafqaz ölkələri üzrə nümayəndəliyinin başçısı Olqa Jumayeva AzQAC-ın fövqəladə hallar üçün nəzərdə tutulmuş fondun artırılması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu xüsusi qeyd etdi.
Daha sonra çıxış edən AzQAC prezidentinin fövqəladə hallar üzrə müşaviri Elşən Səlimzadə münaqişə zamanı zərərçəkən və yerlərindən köçən insanların geyimlərinin və yataq dəstlərinin sıradan çıxdığını söylədi. Cəbhəyanı ərazilərdə yaşayan insanların hazırda yataq dəstlərinə, paltarlara olan ehtiyacları kimi eyni zamanda ərzağa ehtiyaclarının olduğunu qeyd etdi. İcmaların inmkişafının önəmli olduğunu söyləyən Elşən Səlimzadə onlara dəstək olmaqla onların yenidən öz normal həyatlarına qayıtmaqlarına nail olacağımızı söylədi. Həmin insanların qarşıdan gələn qış üçün ehtiyaclarının qarşılanmasının vacib olduğunu xüsusi olaraq vurğuladı.
Eyni zamanda BQX/QAC Federasiyasının təchizat və kommunikasiya üzrə daha 2 nümayəndəsi Milli Cəmiyyətə təşrif buyurubOnlarda öz növbələrində AzQAC-nin aiddiyatı şöbələri ilə qarşılıqı işlərindən söz açdı
Müzakirələr aparıldı, təkliflər dinlənildi. Yerli bölmələrin fəaliyyətlərinin yoxlanılması və lazımı ehtiyaclar üçün qiymətləndirmə aparılacağı qeyd olundu.Sonda AzQAC-nin rəsmiləri həm BQX-nə həmdə BQX/QAC Federasiyasına humanitar sahədə Milli Cəmiyyətə göstərdikləri diqqətə görə öz minnətdarlıqlarını bildirdilər.