20210127_154311

Pasient Təşkilatlarının I Respublika Forumu keçirildi

Dünyada olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən  Pasient Təşkilatları   infeksion və qeyri-infeksion xroniki xəstəliklərdən əziyyət çəkən vətəndaşların  maraqlarını təmsil edir. Pasient Təşkilatlarının missiyası əhali və hər bir vətəndaş üçün yüksək səviyyədə tibbi xidmətə nail olmaqdır.

27 yanvar 2021-ci il tarixdə “Hər addım gələcəyə ümiddir” şüarı altında  Pasient Təşkilatlarının I Respublika Forumu onlayn formatında keçirildi.

Bu Forum müxtəlif xroniki və irsi xəstəliklərdən əziyət çəkən insanların ehtiyaclarına yönnəldilmiş, hüquqlarının daim qorunmasında fəaliyyətləri həyata keçirən Assosiasiyalar və Vətəndaş Cəmiyyətlərinin nümayyəndələri, Millət vəkilləri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB),  ,  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan  Nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı, Dövlət Səhiyyə  müəssisələrinin nümayyəndələri iştirak etmişlər. Bununla yanaşı Forumda Milli Qeyri-Hökumət Təşkilatları Forumun rəhbəri, Azərbaycan Diabet Liqası, Sağlamlığa Xidmət İB,  Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, “Leykemiya ilə mübarizə” İB, “Kistik Fibroz (mukovissidoz) Xəstələrinə Yardım” İB təşkilatların rəhbərləri həyata keçirilən fəaliyyətləri haqqında təqdimatlarla çıxış etdilər.

Çıxış edən natiqlər bu forumun hökumət orqanları ilə səhiyyə sektorunda çalışan pasient təşkilatları arasında açıq dialoq üçün milli platformadır və bu əməkdaşlığın inkişafının vacib məsələlərdən olduğunu qeyd etdilər. Mövcud problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürüldü.

Sonda Azərbaycanda pasient hüquqlarına dair Bəyannamə Pasient Təşkilatları tərəfindən qəbul edilmişdir. İştirakçılar arasında media, Farmasevtik istehsalçı şirkətlərin nümayəndələri  iştirak etmişdilər.

Dövlətin humanitar siyasətini həyata keçirilməsinin mexanizmləri və gələcək dövr üçün Azərbaycanda sığorta sisteminin tətbiqinin zəruriliyi barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar Departamentinin rəhbəri Vüqar Qurbanov və Səhiyyə strukturlarının islahatları və beynəlxalq standartlara uyğun tibbi xidmətin təşkili haqqında  TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı  Forum iştirakçılarına ətraflı məlumat vermişdir.

AzQAC-n Regional Mərkəzləri və Rayon Bölmələri, könüllüləri BQXQACF 7 prinsiplərinə, “Cəmiyyətin imkanları və insanlıq gücünü səfərbər edərək, zavallı insanlara xidmət göstərmək” missiyasına sadiq qalaraq, xəstə insanların ehtiyaclarını nəzərə alır, qayğı və xidmət göstərirlər. Bu fəaliyyətlər xəstələrin Assosiasiyalarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Ən əsas o dur ki, bu fəaliyyətlər xəstə insanların həyat keyfiyyətini yaxşılaşdırmaqdır.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayyəndələri Sona Hacıyeva –Miqrasiya şöbəsinin mütəxəssisi və Mətanət Qaraxanova – “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru forumda iştirak etmişlər.  20210127_151020 20210127_152831 20210127_153547 20210127_154311

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.