WhatsApp Image 2021-12-13 at 19.27.01

`Fövqəladə hallar zamanı yerli icmaların sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi` sahəsində tədbirlər davam edir

13-14 dekabr tarixində `Fövqəladə hallar zamanı yerli icmaların sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi` layihəsinin meneceri Samirə Həsənli Gürcüstandan gələn eyni adlı layihə üzrə regional menecer Nana Tsanava ilə birlikdə layihə çərçivəsində əhatə edilmiş bir sıra rayonlara ziyarət etdilər. Ziyarətin əsas məqsədi rayon bölmələrində layihə çərçivəsində aparılan fəaliyyətlərlə tanışlıq idi.

Onlar səfəri Tovuz rayonundan başlayaraq oarada könüllülər arasında keçirilən `Epidemiyaya hazırlıq,cavab və nəzarət` adlı 2 günlük təlimdə iştirak etdilər. İlk təlim olunduğundan layihəyə ilk qoşulan Tovuz rayonunda aparılan başlanqıc fəaliyyətdə həm dəstək verildi həm də uğurlar arzulandı.

15.12.2021 tarixində isə onlar Qax rayonu, Qaxbaş və Ağçay icmalarında könüllülərin arasında keçirilən İlk yardım və `İnfeksion xəstəliklər haqqında məlumat` adlı təlimlərdə iştirak etdilər. Nümunə olaraq, Ağçay icmasında icma üzvləri tərəfindən vaxtı ilə baş vermiş zəlzələ xatırlandı və qeyd edildi ki, İlk Yardim və Psixoloji dəstək kimi təlimlərin verilməsi nəticəsində bu kimi hallarda hazırlıq səviyyəsi lazımı dərəcədə olduqda, müvafiq addımların atılmasında böyük rol oynayır.

Daha sonra,16.12.2021 tarixində onlar Mingəçevir şəhərində `Kür`icmasında icma könüllüsünün yaşadığı icmada təşkil etdiyi Psixoloji dəstək təlimində oldular. İcmanın daxili köçkün ailələrindən olmasını nəzərə alaraq, onlar tərəfindən qeyd edildi ki, 44-günlük müharibədən sarsıntı, qorxu keçirən ailə üzvləri, xüsusilə uşaqlara dair lazımı psixoloji köməyin göstərilməsi böyük əhəmiyyət kəsb edir. Eyni zamanda icma üzvlərinin özlərinə də vacibdir ki, onlarda yaranmış şəraitdə uyğun dayanıqlıq qabiliyyəti formalaşsın və bununla onlazımı müqavimət bacarıqlarının biruzə versinlər.

Təlimlərdə könüllülər arasında aparılan dialoq ilə onların layihə fəaliyyətləri ilə bağlı fikirləri,təklifləri,çətinlikləri müzakirə olundu və suallara cavab verildi. Eyni zamanda layihə rəhbərliyi tərəfindən layihə çəçivəsində işçi heyyəti və könüllülərlə çari məsələlərin, layihənin gedişatının şəraitə uyğun olaraq təkmilləşdirilməsi müzakirə edildi.IMG_20211214_122944 IMG_20211215_110339 IMG_20211215_133805 IMG_20211216_111657 IMG_20211216_111750 WhatsApp Image 2021-12-20 at 21.32.51

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.