14-15 Dekabr tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ili Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) psixoloqu Nigar Qədəşova tərəfindən Bərdə şəhərində İlkin Psixoloji Yardım təlimi keçirilmişdim.
İlkin psixoloji yardım (İPY) – zərər çəkən və dəstəyə ehtiyac duya biləcək insana digər insan tərəfindən stressin azaldılması və daha sonra yardımların qəbul edilməsi məqsədi ilə göstərilən dəstək yönümlü yardım formasıdır.
Təlim Ağdam, Füzuli, Tərtər, Bərdə, Qazax, Tovuz və Cəbrayıl rayon bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrinin könüllüləri üçün keçirilmişdir.
İPY təlimində diqqət İPY-nın məqsədləri (misal olaraq, fövqəladə hallar zamanı zəruri psixolojı yardımın göstərilməsi, ilkin ehtiyacların ödənilməsi, stresin azaldılması) və əsas fəaliyyət prinsiplərinə (diqqət yetir, dinlə və əlaqələndir) ayrılmışdır. Bundan əlavə könüllülər müxtəlif psixoloji reaksiyalar zamanı xüsusi yardım texnikaları haqqında da maarifləndirilmişdilər. Təlim həm nəzəri hissədən həm də müzakirə və praktiki məşğələlər hissəsindən ibarət idi.
Müzakirələr zamanı könüllülər təcrübədə yaşadıqları hadisələr haqqında (əl əxsus COVID-19 və müharibə dövründə) bölüşüb o situasiyada necə yardım etdikləri və necə reaksiya verdikləri haqqında danışırdı. Praktiki məşğələlərdə isə qazandıqları bilikləri istifadə edib İPY bacarıqları formalaşdırırdılar.
Qeyd etmək lazımdır ki, belə bir təlimlərin növbəti il ərəfəsində keçirilməsi nəzərdə tutulur.