Artıq 12 ildir ki,Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təşkilatcılığı ilə həyata kecirilən “Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyasına bu gün start verildi. Bu aksiyadan hər il olduğu kimi iki valideynini itirmiş, fiziki qüsurlu, tək ana himayəsində olan , ümumilikdə 80 nəfər uşaqlar qatılmışdılar. Tədbir uzun illərdi əməkdaşlıq etdiyimiz SOCAR Polymer və PASHA Life-nin dəstəyi ilə ərsəyə gəlmişdi. Tədbirdə SOCAR Polymerin əməkdaşları Bəxtiyar Allahverdiyev və Orxan Xəlilzadə iştirak edirdi. Bölmə sədri Mətanət Məhərrəmova tədbiri acıq elan edərək,iştirakcıları salamlayaraq,tədbirin mahiyyəti barədə məlumat verərək, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəyliyi Günü və Yeni 2022-ci ilin gəlişi münasibəti ilə təbrik edərək,ən xoş arzularını bildirdi. SOCAR Polymerin əməkdaşı Bəxtiyar Allahverdiyev də öz təbriklərini uşaqlara bildirdi. Əvvəlcədən siyahı əsasında uşaqların ehtiyaclarına uyğun qış geyimləri onlara paylanıldı. Söz alan bir necə valideyn necə illərdi bu aksiyadan bəhrələnən uşaqlarına maddi və mənəvi dəstək ücün tədbirin təşkilatcılarına və xeyriyyəcilərə xüsusi təşəkkürlərini bildirdilər. Sağlamlıq imkanı məhdud olan Məmmədli Cəmilənin əlil arabası köhnəldiyi ücün ona yeni araba təqdim olundu. Cəmilənin anası da öz növbəsində necə illərdi bu aksiya vasitəsi ilə qızının əlil arabası və qış geyimləri ilə təmin olunması ücün təşkilatcılara təşəkkürünü bildirdi. Xoş əhval-ruhiyə ilə tədbir başa çatdı.