Saatlı rayonu Potubəyli kənd sakini Muradov Qəzənfər İnşalla oğlunun fərdi yaşayış evinin yanması ilə əlaqədar Saatlı RİH-nin başçısı cənab Elmir Bağırovun qəbulunda olmuşlar. Saatlı RİH-ti tərəfindən AzQAC Saatlı rayon bölməsinə Muradovlar ailəsinə köməklik olunması üçün rəsmi məktub ünvanlanmışdır. Bölmə rəhbərliyi Muradovlar ailəsinin evinin yanması ilə bağlı ehtiyacları haqqında AzQAC-nin Prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanova müraciət olunmuş və onun dəstəyi ilə fərdi yaşayış evi yanmış Muradovlar ailəsinə humanitar yardımı (yaşayış üçün çadır, yataq dəstləri, mətbəx dəstləri, gigyenik dəsti, geyim paltarları və digər ləvazimatlar) AzQAC Saatlı rayon bölməsinin işçiləri və könüllüləri tərəfindən təqdim olunmuşdur.