15.09.2022 tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Səhiyyə Nazirliyi arasında görüş keçirildi. Görüşdə Səhiyyə Naziri müavini Nadir Zeynalov, İctimai Səhiyyə və Sanitar-Epidemioloji Nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova, Səhiyyənin təşkili şöbəsi/Sektor müdiri Səbinə Əhmədovs, AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, AzQAC-nin Aparat rəhbəri Seymur Hümbətov , “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova və “Cənubi Qafqazda yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsinin rəhbəri Samirə Həsənli iştirak edirdilər.
Gorüşdə AzQAC-ın ümumi fəaliyyətləri ilə yanaşı səhiyyə ilə əlaqədar fəaliyyətləri haqqında məlumat verildi.Belə ki, AzQAC-ın Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (BQXQACF) müxtəlif sağlamlıq sahələri üzrə işçi qrupunun ( Psixi sağlamlıq və Psixo-sosial xidmət -MHPSS), Avropa AİDS və TB ilə mübarizə Şəbəkəsinin -ERNA, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində Qlobal Fondun AİDS, TB və malyariya ilə mübarizə üzrə Ölkə Əlaqələndirmə Komitəsinin (Country Coordination Meeting -CCM) üzvü olması qeyd olundu. Daha sonra “Cənubi Qafqazda yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsinin qısa təqdimatı olunaraq həyata keçirilən fəaliyyətlərin səhiyyə sisteminə olan dəstəyi vurğulandı. Tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində əlaqələrin gücləndirilməsi və milli sağlamlığın artırılmasının əsas məqsədlərdən biri olduğu vurğulandı.
Görüşdə bu kimi fəaliyyətlərdə hər iki qurum arasında tərəfdaşlığın daha inkişaf etdiliməsinin önəmli əhəmiyyət kəsb etməsi və bunun üçün lazımi dəstəyin təmin olunması haqqında məqamlara toxunuldu.