20220914_134841

12-14 Sentyabr tarixlərində Nağd Pul və Vauçer Yardımı (NPVY) üzrə ehtiyaclı insanlar arasında sorğu aparılmışdır

12-14 Sentyabr 2022-ci il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın Azərbaycandakı Nümayəndəliyinin Nağd Pul və Vauçer Yardımı (NPVY) üzrə məsul şəxslərinin birgə təşkilatçılığı ilə 5 bölgə üzrə – Füzuli, Saatlı, İmişli, Lənkəran və İsmayıllı rayonlarının AzQAC bölmələrində və İcra Hakimiyyətlərində qeydiyyatda olan ehtiyaclı insanlar arasında sorğu aparılmışdır. Sorğu AzQAC tərəfindən gələcəkdə həyata keçirilə biləcək nağd pul yardımı layihəsi üçün seçilmiş bölmələrdə insanların ehtiyaclarını ölçmək, nağd pul yardımı ilə bağlı düşüncələri və Covid-19 pandemiyasının insanların yaşayışına göstərdiyi təsiri müəyyən etmək məqsədi daşıyırdı. NPVY üzrə yaradılmış xüsusi könüllü qrupunun 10 üzvünün dəstəyi ilə Bakı şəhərində uzaqdan aparılan sorğular 3 gün davam etmiş və 503 nəfərə zəng edilmişdir. 45 sualdan ibarət sorğunun nəticələri üzərində qiymətləndirmə aparılacaq və gələcəkdə həyata keçiriləcək NPVY layihələrinə daha yaxşı hazırlıqlı olmaq üçün tədbirlər görüləcəkdir. Bu fəaliyyət yalnız sorğu aparmaq məqsədi daşıyır və sorğuda iştirak edən insanlara hər hansı bir yardımın verilməsinə zəmanət vermir.

a00cf861-a2fe-44fe-8d48-977ccc51a9a5 20220914_134854 20220914_134945 IMG-20220916-WA0012

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.