IMG-20221222-WA0139

“İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması” mövzusunda təlim keçirilib

Dekabrın 21-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd vətəndaş cəmiyyəti  nümayəndələrinin icbari tibbi sığorta sisteminin işləmə mexanizmi haqqında məlumatlılıq səviyyəsini artırmaq, onlarla əməkdaşlıq imkanlarını genişləndirmək və gücləndirməkdir.

Təlimdə Azərbaycan Vərəmlə əleyhinə QHT Koalisiyasının üzv təşkilatları və bir sıra səhiyyə sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak ediblər.  İştirakçılara  icbari tibbi sığorta sistemindən istifadə qaydası, sığorta haqqının məbləği, xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, göndərişlərin verilməsi qaydası və digər məsələlər haqqında məlumatlar geniş şəkildə  təqdim edilib.

Yuxarıda adı çəkilən təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Bakı regional mərkəzinin sədri Rəna İbrahimova və “İcmaya əsaslanan sağlamlıq” proqramının koordinatoru Mətanət Qaraxanova iştirak ediblər.

Sonda iştirakçılar icbari tibbi sığorta sistemi barədə məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə yazılı sorğuda iştirak ediblər. Gələcəkdə bu əməkdaşlığın davamlı və digər tədbirlər formatında  həyata keçirilməsi nəzərdə tutulub.

 

QHT_DSC027561671724303777 IMG-20221222-WA0139 QHT_IMG_17961671724303797

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.