Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Mingəçevir şəhər bölməsi 2016-cı il mart aynn 7-də şəhərin 15 saylı orta məktəbində Beynəlxalq Humanitar Hüququn (BHH) və Fundamental prinsiplərin yayımı sahəsində növbəti təlimi həyata keçirmişdir. Təlimin keçirilmə məqsədi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatınn (Hərəkat) tarixi, məqsədi, fəaliyyətləri və s. haqqında məlumatların verilməsidir. Təlimdə AzQAC-nin Mingəçevir şəhər bölməsinin Gənclər üzrə təlimatçısı Könül Ahəngari və Baş mühasib Dilguşə Ahəngari iştirak etmişlər. Təlimatçı 50 nəfərdən ibarət şagird və müəllim kollektivinə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatınn (Hərəkat) tarixi, məqsədi, fəaliyyətləri və missiyası haqqında məlumat verərək, işirakçıları birgə könüllü əməkdaşlığa dəvət etdi. Sonda iştirakçılara AzQAC-nin himni səsləndi və videorolik nümayiş etdirildi.