beautyplus_20161011103439_fast

Nizamnamə üzrə Komissiyanın növbəti iclası keçirildi

2016-cı il oktyabrın 11 Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında Milli Cəmiyyətin Nizamnaməsində yeni düzəliş və dəyişikliklər, spesifik maddələrinə əlavə təkliflərə dair yaradılan Komissiyanın geniş tərkibdə  növbəti 8-cı iclası keçirildi. Komissiyanın sədri Cəmiyyətin Vitse-prezidenti Qafar Əsgərzadə iclası açıq elan edərək, ötən müddət ərzində Komissiyanın gördüyü işlər barəsində məlumat verdi. Sonra Nizamnamənin 38-43-cü maddələri geniş şəkildə Komissiya üzvləri tərəfindən işlənib hazırlandı. Komissiya üzvlərinin rəy və təklifləri ilə həm bölmələr yenidən işləndi, həm də bölmələr üzrə yeni mətnin növbəti iclasda təkrar nəzərdən keçirilməsi barədə qərar qəbul olundu.

Komissiya üzvləri:  İdarə rəisi-vitse-prezident Əziz Qocayev ,İcraçı Katib Ceyhun Mirzəyev, Aparat rəhbəri Rövşən Əliyev, İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov ,Katibliyin hüquqşünası Leyla Məmmədzadə, BQXK- nin Əməkdaşlıq üzrə məsul işçisi Rasim Allazov, Lyudmila Şepelyova BQXK- nin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nailə Ömərova, Bakı RM Koordinatorunun müavini Ofelya Sadıxova, Nizami rayon bölməsinin sədri Rəna İbrahimova, Qaradağ rayon bölməsinin sədri Niyaz Eyvazov iştirak etmişlər.beautyplus_20161011103611_fast beautyplus_20161011103641_fast beautyplus_20161011103745_fast

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.