Tədbir valideyn himayəsindən məhrum olmuş aztəminatlı ailələrin uşaqları, fiziki məhdudiyyətli, hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara həsr olunmuşdu. 50 nəfərə yaxın uşaq və valideynlərlə birgə keçirilən tədbirin əyləncəli proqramında müğənnilər, Dünya Tv-nin maqazin şou kollektivi, əməkdar artist, skripkaçı Səlim və digər incəsənət nümayəndələri musiqi nömrələri ilə çıxış ediblər. Həmçinin “New Baku Hotel”in kollektivi cizgi film personajları geyimində uşaqları əyləndirib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin kollektivi və bu kollektivin rəhbəri Mətanət xanım Məhərrəmova bu günü yaddaqalan etmək üçün əllərindən gələni əsirgəməyiblər.Bölmənin könüllüləri uşaqlarla doyunca rəqs edib onları əyləndirdilər.Əvəlcədən hazırlanmış müxtəlif hədiyyələr qəlbi qırıq uşaqların böyük sevincinə səbəb oldu. Uşaqlar həmçinin New Baku Hotelinin kollektivi tərəfindən hazırlanmış hədiyyələri də qəbul ediblər.
“Face Art” yarışmasının qalibi Ağababa bəy uşaqların üzlərini cizgi film qəhrəmanları kimi bəzəyib. Balaca iştirakçılar da öz musiqi payları ilə tədbiri rövnəqləndiriblər. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nəznində fəaliyyət göstərən uşaq xorunn ifasında “Sülh” mahnısını səslənib. Balacalar milli rəqslər və şeirlər söyləyiblər.
Xeyriyyə tədbiri New Baku Hotelinin kollektivinin təşəbbüsü ilə həyata keçırılırdi və bu tədbirin baş tutmasında onlara Mirzə Ələkbər Sabir Fondu, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi , “Aqua Vita” şirkəti, Milenium Sağlamlıq Turizm şirkəti, “Gülüm” gül salonu dəstək verblər. Sonda Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda xanım Tahirli tədbirin təşkilatçılarını və uşaqları diplomlarla təltif edərək onların sevincinə sevinc qatıb.