Cəmiyyətin həssas və kövrək təbəqəsi hesab olunan uşaqlar ölkə əhalisinin 30%- ni təşkil edir. Onlar dünyaya gəldiyi ilk andan valideyn sevgisi, qayğısına ehtiyac duyurlar. Onlar bu qayğını öz mənəvi dünyalarında duyur, hiss edirlər. Əlbəttə ki, digər uşaqlardan fərqli olaraq sağlamlıq imkanları məhdud olan uşaqlar daha çox diqqət tələb edir. Belə uşaqlar böyüdükcə onlarla bağlı problemlər və qayğılar artır. Çünki hər bir uşağın təhsil almaq, bir fərd olmaq haqqı var. Sağlamlıq imkanları məhdud olan uşaqların cəmləşdiyi, bir –biri ilə daha yaxından ünsiyyət qurduqları təhsil ocaqlarında biri də Sumqayıt şəhərində yerləşən İnteqrasiya təlimli internat tipli qimnaziyadir. Burada müəllim kollektivi uşaqlara fərdi yanaşaraq onlara diqqət göstərir və sevindirir.
Məlumdur ki, bu işdə onlar tək deyillər. Öz sevgisinin, qayğısını yarandığı bir vaxtdan onlardan əsirgəməyən Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi hər il olduğu kimi bu il də “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ndə onları tək qoymadı.
Tədbir qimnaziyanın akt zalında kecirildi.İlk öncə məktəbin direktoru əməkdar müəllim Ayət Kərimova gələn qonaqları salamlayaram günün mahiyətindən danışdı.Şagirdləri təbrik etdikdən sonra söz QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmovaya verildi.O da öz növbəsində bu fidan balaları təbrik edərək hər il olduğu kimi bu il də onların görüşünə əli boş gəlmədiklərini söylədi.Sonra şagirdlərin ifasında bir birini əvəz edən musiqi proqramı ilə tədbir davam etdirildi.Sonda QAC Sumqayıt şəhər bölməsi tərəfindən gətirilən hədiyyələr bölmənin könüllüləri tərəfindən uşaqlara paylanıldı. Özlərinin fərəhlərini, kədərlərini gizlətməyi bacarmayan bu uşaqların üzündə hədiyyə sevincini görməmək mümkün deyildi. Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin əməkdaşları və könüllüləri cəmiyyətin humanitar missiyasını rəhbər tutaraq heç vaxt öz qayğısını bu uşaqlardan əsirgəməyəcəklərinə söz verdilər.