07-09 2017 ci il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Qızl Aypara Cəmiyyətinin prezidenti,millət vəkili Dr.Novruz Aslanov rəsmi səfərdə oldu. Görüşün məqsədi Federasiya ile Milli Cəmiyyətlər arasında olan münasibətlərin gələcəkdə inkişaf yolları barədə geniş müzakirə və məsləhətləşmələr oldu.Belə ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF və ya Beynəlxalq Federasiya) Avropa Ofisinin direktoru cənab Simon Missiri və Dr.Novruz Aslanov arasında görüş baş tutdu.Görüş zamanı AzQAC ilə Beynəlxalq Federasiya arasında uzun illərdən bəri mövcud olan əməkdaşlıq və tərəfdaşlıq münasibətləri, bu əməkdaşlıq çərçivəsində görülən işlər və gələcək tərəfdaşlıq perspektivlər müzakirə olundu.
Cənab Simon çıxışında əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən bütün Hərəkat nümayəndələrinin ölkədə həyata keçirdiyi humanitar missiya və fəaliyyətləri haqqında birgə işləri bir-biri ilə bölüşmək, birgə mümkün fəaliyyət və əməkdaşlığın istiqamətlərini aydınlaşdırmaq, gələcəkdə AzQAC-nın möhkəm və davamlı Milli Cəmiyyətə çevrilməsi işində müzakirələrin aparılması oldu.
Ümumiyyətlə görüşdə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa Ofisinin direktor müavini Elxan Rəhimov,Kommunikasiya sahəsində Nichola Jones, Miqrasiya sahəsində Christophe Lobry-Boulanger fövqəladə hallara hazırlıq sahəsində Ruben Romero və AzQAC tərəfindən İcraçı katibin müavini Şaban Şayev iştirak edirdilər.