Azərbaycan Qızıl Aypara Cəmiyyətinə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Budapeştdəki Regional Nümayəndəliyi tərəfindən göndərilən məlumata əsasən Banqladeş dövlətinin Təbii Fəlakətlərin İdarə olunması və Yardım Nazirliyinin nümayəndələrinin 13-18 Avqust ərəfəsində Azərbaycana Bakıya gəlişi gözlənilir. Səfər çərçivəsində məqsəd qonaqlar tərəfindən Qızıl Aypara Cəmiyyətinə baş çəkilməsi və cəmiyyətin Katibliyi, təbii fəlakətlər/fövqəladə hallar məsələləri ilə məşqul olan məsul şəxslərlə görüş olunmuşdur.
Beləliklə avqust ayının 13-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qəraragahında Banqladeş dövlətinin sözü gedən nazirliyin nümayəndə heyyəti cənab Şah Kamal, nazirliyin Katibi cənab Md. Mohsin ilə rəsmi görüş təşkil olundu.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən görüşdə cəmiyyətin icraçı katibi Ceyhun Mirzəyev, icraçı katibinin müavini Səbinə Məhbubi-İran, AzQAC-nin prezidentin müşaviri/Təhlükəsiz və möhkəm icmaların qurulması layihəsinin koordinatoru Eşlən Səlimzadə və fövqəladə hallara hazırlıq və cavabvermə şöbəsinin müdiri Fərid Seyidzadə iştirak edirdilər.
Müzakirə olunan məsələlər ölkə daxilində təbii fəlakətlərin idarə olunması, Qızıl Aypara Cəmiyyətinin dövlətlə apardığı birgə iş münasibətlərini və koordinasiya mexanizminini əhatə edirdi.
İcraçı katib Ceyhun Mirzəyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruz Aslanovun adından gələn qonaqları salamlayaraq onlara cəmiyyətin tarixi, yaranma dövrü, ölkə daxilində olan fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, Fövqəladə Hallar Nazirliyi və bir sıra aparıcı nazirlikləri ilə cəmiyyətin qurduğu iş münasibətlərini qeyd etdi. 2006-cı ildə FHN bağlanmış Anlaşma Memorandumu əsasında illər boyu səmərəli koordinasiya mexanizmi təşkil olunub və onun əsasında birgə fəaliyyətlər aparılır. Fövqəladə hallar məsələsində bir sıra İran, Türkiyyə kimi aparıcı Milli Cəmiyyətlərlə qurulmuş əməkdaşlıq münasibətləri təcrübə qazanmaq üçün gözəl fürsət yaradır.
Sonra Mirzəyev sözü icraçı katibinin müavini Səbinə Məhbubi-İrana verdi. O da öz növbəsində qonaqları salamlayaraq cəmiyyət daxili Fövqəladə Hallara Hazırlıq və Cavabvermə mexanizmi haqqında məlumat təqdim etdi. Dövlətlə qurulan münasibətlər hər hansısa bir hadisə zamanı işin daha çevik və səmərəli aparılması üçün vacibdir. Eyni zamanda qeyd edilmişdir ki, toxunan mövzuya dair Hərəkat daxili qurumlarla, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə fəal tədbirlər aparılır, müvafiq Davamlılıq Planı kimi sənədlər tərtib olunur, Fövqəladə Hallara Hazırlıq dəstələri təsis edilir. Dünyada Qızıl Xaç və Qızıl Aypara Hərəkatı kimi böyük qurumun aparıcı fəaliyyət istiqamətlərindən biri məhz fövqəladə hallar zamanı zərər çəkmiş insanlara kömək göstərməkdir .
Görüşün təşkil olunmasına görə təşəkkürlərini bildirən Banqladeş dövlətinin Təbii Fəlakətlərin İdarə olunması və Yardım Nazirliyinin nümayəndələri öz növbələrində təbii fəalkətlər, fövqəladə halların aktual və çox vaxt qarşının alınması üçün çətin olan bir məsələ olmasını qeyd etdilər. Onların tərəfindən ölkə daxilində Nazırlıyın iş mexanizmi təqdim olundu. Eyni zamanda misal olaraq qeyd edildi ki, ölkədə güclü könüllü Skaut Hərəkatı mövcuddur və onları bu məsələ üzrə müvafiq təlimatlarla təmin etməklə fəaliyyətə cəlb etmək olar. Təcrübə nöqteyi nəzərdən, əməkdaşlıq çərçivəsində ölkələr və qurumlar arası mütəmadi olaraq görüşlərin keçirilməsi, təcrübə, bilik və bacarıq mübadilələri də çox vacibdir.
Eyni zamanda qeyd olundu ki, dövlət strukturlarina Qızıl Xaç və Qızıl Aypara kimi qurumlarla əməkdaşlıq etmək çox əlverişlıdır, çünki bu qurumların fövqəladə hallar, təbii fəlakətlər və onların nəticələrin aradan qaldırılması məsələlərində böyük təcrübəsi, struktur nöqteyi nəzərdən böyük şəbəkəsi və minlərlə könüllülər ordusu var, kimin vasitəsilə zavallı, zərər çəkmiş insanlara bilavasitə yardım oluna bilər.
Görüşün sonunda iştirakçılar bir-birlərinə xatirə hədiyyələri təqdim etdilər.