AzQAC Nəsimi RB-də qeydiyyatda olan tənha insanlara və aztəminatlı ailələrə daimi donorlarımız tərəfindən köməklik göstərilir. 19 sentyabr 2017-ci il tarixində rayon bölməmizin qeydiyyatında olan 30 nəfər bu təbəqədən olan insanlara ərzaq yardımı paylanıldı. Dəvət olunan ahıllar rayon sədrinə və donorlarımıza göstərdikləri bu qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.