Beynəlxalq Qızıl Xaç Komitəsi , Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ilə birgə 17-20 aprel tarixlərində Tərtər rayonundan olan Fövqəladə Mobil Könüllü Dəstənin (FMKD) könüllüləri üçün Əsas İlk Tibbi Yardım təlimi təşkil etmişdir. Təlim sonunda AzQAC-ın Tərtər rayon bölməsi Mobil İlk Tibbi Yardım postu üçün lazımi təchizat əldə etdilər, könüllülər isə bu Postun qurulması və idarə edilməsi istiqamətində təlim aldılar.