Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə “Təmiz Sahil, Sağlam Həyat” devizi ilə Sumqayıt Bulvarının dənizkənarı sahilində təmizlik aksiyası keçirilmişdir. YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, bu aksiya maarifləndirmə xarakteri daşıyır.
Ona görə də ətraf mühitin çirkləndirilməsinin qarşısını alınması üçün ilk növbədə insanlar maariflənməlidir deyib aksiyaya start verildi. “Təmiz Sahil, Sağlam Həyat” təmizlik aksiyasında YAP Sumqayıt şəhərinin təşkilatı gənclər ilə iş üzrə sədr müavini Elmar Xəlilov, Gənclər Birliyinin fəal üzvləri, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin rəhbəri Mətanət Məhərrəmova, könüllüləri və Sumqayıt şəhər Mənzil Komunal Təsərrufatı İstehsalat Birliyinin əməkdaşları iştirak etmişdilər. “Təmiz Sahil, Sağlam Həyat” təmizlik aksiyası Sumqayıt şəhər Mənzil Komunal Təsərrufatı İstehsalat Birliyinin dəstəyi ilə baş tutaraq sonda toplanmış zibilləri məişət tullantıları poliqonuna daşınmasın təmin edilmişdir.