Beynəlxalq Qızıl Xaç Komitəsinin Banqladeş Nümayəndəliyinin rəhbəri cənab İxtiyar Aslanov AzQAC-ın Baş ofisində Cəmiyyətin prezidenti, Mill Məclisin deputatı cənab Novruz Aslanovla görüşdü. Görüş zamanı prezident İxtiyar Aslanovun Cəmiyyətimizə səfərindən məmnunluq hissi duyduğunu ifadə etdi. Qonağa AzQAC-ın fəaliyyət istiqamətlərindən və gələcəkdə görüləcək işlərin strateji inkişaf planından bəhs etdi. Həmçinin, Milli Cəmiyyətimiz üçün çox önəmli bir hadisə olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş Katibi cənab Elhadj As Sy-nin AzQAC-a rəsmi səfərindən söhbət açmışdır. Natiq istər BQXK, istərsə də BQX/QAC Federasiyası ilə əlaqələrin yüksək səviyyədə olduğunu və bundan sonra da hər iki qurumla əlaqələrin daha da inkişaf etdiriləcəyini qeyd etmişdir.
Daha sonra İxtiyar Aslanov çıxışı zamanı AzQAC-da olmağından məmnunluq hissi duyduğunu qeyd etmişdir. O, Milli Cəmiyyətin fəaliyyətlərinin və uğurlarının Banqladeş Qızıl Aypara Cəmiyyəti tərəfindən də yaxından izləndiyini bildirmişdir. İxtiyar Aslanov çıxışında Cəmiyyətin sürətli inkişafının davamlı olmasını arzulamışdır.
Görüşdə həmçinin BQXK-nin Banqladeşdəki Nümayəndəliyinin Əməkdaşlıq üzrə nümayəndəsi Bayram Vəliyev iştirak edirdi.