11 (1)

Vərəm əleyinə Azərbaycan QHT Koalisiyanın növbəti görüşü keçirildi

Azərbaycan QHT Koalisiyanın ölkədə vərəm sahəsində fəaliyyətlərinin  həyata keçirilməsi davam etməkdədir. Belə ki,  Koalisiyanın 8 iyul 2018-ci il tarixində  Bilgəh Beach Hoteldə keçirilən növbəti texniki görüş təşkil olunmuşdur. Koalisiyanın üzvlərindən AzQAC nümayyəndələri Mətanət Qaraxanova və Sona Hacıyeva görüşdə iştirak etmişlər.  Görüşün məqsədi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin vərəm proqramı TB REP çərçivəsində növbəti aylarda görülməsi nəzərdə tutulan  fəaliyyətləri,  ölkədə vərəm sahəsində məsələlər ətrafında fikir mübadiləsi və yaxınlaşmaqda olan BMT-in Vərəmlə bağlı Yüksək səviyyəli görüşündə iştirakın vacibliyi haqqında müzakirələr etmək idi. Görüşdə koalisiyanın üzvləri vərəmin nisbətən geniş yayıldığı regionlarda, o cümlədən sərhədyanı bölgələrində vərəmlə bağlı maarifləndirici tədbirlərin təşkil edilməsi və həyata keçirilməsi nə dair təkliflər edildi.  Sonda Koalisiya üzvlərinə növbəti aylarda vətəndaş cəmiyyəti üzvləri üçün təşkil olunacaq beynəlxalq konfrans və seminarlar,  Qlobal Fondun elan  etdiyi şəkil müsabiqəsi barədə məlumat verildi.51 IMG-20180711-WA0034

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.