Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa regionu üzrə direktoru xanım Birgitte Bischoff Ebbesen Milli Cəmiyyətin prezidenti, milli məclisin deputatı Novruz Aslanova Qızıl Aypara günü ilə bağlı təbrik mesajı göndərdi
Kimə: Doktor Novruz Aslanov, Azərbaijan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Cənab Ceyhun Mirzəyev, Azərbaijan Qızıl Aypara Cəmiyyətinin Baş Katibi 10 Mart 2021 Hörmətli cənab Prezident, hörmətli cənab Baş Katib, …
Azərbaycan insanı yerli və beynəlxalq ehtiyaclara dəstək olur!
Ölkəmizin ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC və ya Milli Cəmiyyət) növbəti 2014-cü il üçün tərtib olunmuş “İLLİK HESABATI”nı sizinlə bölüşürəm. Bəli, dünyada həddən artıq böyük coğrafi ərazidə insan izdirabları, humanitar böhranlar, siyasi və hərbi çəkişmələrlə, terror aktları, təbii və texnogen fəlakətlərlə yadda qalan 2014-cü il üzrə humanitar səhədə həyata keçirilmiş fəaliyyətlərə dair hesabatı tərtib etmək də əslində elə də asan iş deyil. Hesabat ilində AzQAC-nin də təmsil olunduğu dünyanın ən böyük humanitar təşkilatı olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı (Beynəlxalq Hərəkat) tərəfindən həddən artıq böyük miqyaslı humanitar yardım əməliyyatları həyata keçirilmişdir. Hesab edirəm ki, humanitar böhranların çoxalması və formasının yeni istiqamətlərdə şaxələnməsi fonunda AzQAC da daxil olmaqla Beynəlxalq Hərəkat humanitar fəaliyyətləri üzrə əzmkarlıqlarını və fəaliyyətlərini daha çox artırmışdır.ətraflı