Dünyada 19 avqust Ümumdünya Humanitar Yardım Günü kimi qeyd edilir
Azərbaycan Qızıl Aypara Cəmiyyəti daim öz humanitar yönümlü fəaliyyətlərini bir çox təşkilatlarla əməkdaşlıq edərək, Region Mərkəzlər və Rayon Bölmələri vasitəsi ilə, ölkədə geniş şəkildə həyata keçirir. Belə ki, “Humanizmin bələdcisi…

Azərbaycan insanı yerli və beynəlxalq ehtiyaclara dəstək olur!
Ölkəmizin ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC və ya Milli Cəmiyyət) növbəti 2014-cü il üçün tərtib olunmuş “İLLİK HESABATI”nı sizinlə bölüşürəm. Bəli, dünyada həddən artıq böyük coğrafi ərazidə insan izdirabları, humanitar böhranlar, siyasi və hərbi çəkişmələrlə, terror aktları, təbii və texnogen fəlakətlərlə yadda qalan 2014-cü il üzrə humanitar səhədə həyata keçirilmiş fəaliyyətlərə dair hesabatı tərtib etmək də əslində elə də asan iş deyil. Hesabat ilində AzQAC-nin də təmsil olunduğu dünyanın ən böyük humanitar təşkilatı olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı (Beynəlxalq Hərəkat) tərəfindən həddən artıq böyük miqyaslı humanitar yardım əməliyyatları həyata keçirilmişdir. Hesab edirəm ki, humanitar böhranların çoxalması və formasının yeni istiqamətlərdə şaxələnməsi fonunda AzQAC da daxil olmaqla Beynəlxalq Hərəkat humanitar fəaliyyətləri üzrə əzmkarlıqlarını və fəaliyyətlərini daha çox artırmışdır.ətraflı